İlham Əliyev: "Deyirdilər ki, böyük arena bizə lazım deyil"

İlham Əliyev: "Deyirdilər ki, böyük arena bizə lazım deyil"
Futbol
18 Dekabr 2017 - 19:00
Supersport.Az-ın məlumatına görə, ölkə prezidenti İlham Əliyev Milli Olimpiya Komitəsində 2017-ci ilin idman yekunlarına həsr olunan mərasimdə "Qarabağ"ın avrokuboklardakı çıxışına da toxunub.

"Əlbəttə ki, bizim futbolçularımız - hamımız üçün doğma olan “Qarabağ” komandası tarixdə ilk dəfə olaraq Çempionlar Liqasının final mərhələsində iştirak etdi. Bu, Azərbaycan futbolunun böyük qələbəsidir və komanda ölkəmizi, xalqımızı, Qarabağı bu oyunlarda ləyaqətlə təmsil edib.

Mən xatırlayıram, biz Olimpiya Stadionunu inşa edərkən bəzi fikirlər səslənirdi ki, bu qədər böyük arena bəlkə də bizə lazım deyil, Tofiq Bəhramov adına 30 minlik stadionumuz, digər stadionlarımız var və bu arena heç vaxt dolmayacaq. Ancaq bu gün həyat göstərir ki, "Qarabağ" futbol klubunun oyunlarına 60 mindən çox tamaşaçı gəlmişdi. Bu gün Bakı Olimpiya Stadionu dünya miqyasında seçilən Olimpiya stadionlarından biridir. Təsadüfi deyil ki, UEFA Avropa Liqasının final görüşü də bir neçə ildən sonra bu stadionda keçiriləcək. Eyni zamanda, futbol üzə Avropa çempionatının bir neçə oyunu da bu stadionda keçiriləcək”.

Digər xəbərlər