7 idmançımızdan 2 medal

7 idmançımızdan 2 medal
Digər, Cüdo
17 Dekabr 2017 - 21:30
Supersport.Az-ın məlumatına görə, Rusiyanın Sankt-Peterburq şəhərində cüdo üzrə "World Masters" yarışında ölkəmizin iki idmançısı mükafat qazana bilib.

Turnirin son günü Azərbaycan milli komandası aktivinə daha bir medal yazdırıb.

100 kq çəki dərəcəsində mübarizə aparan Elxan Məmmədov 3-cü yer uğrunda mübarizədə ev sahibi Kiril Denisova qalib gələrək bürünc medala sahib olub.

Turnirin ilk günü Hidayət Heydərov da (73 kq) bürünc mükafat qazanmışdı.

Qeyd edək ki, 46 ölkədən 212 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan milli komandası 7 cüdoçu ilə təmsil olunub.

Digər xəbərlər