Arda Turandan "Qalatasaray"a transfer cavabı

Arda Turandan "Qalatasaray"a transfer cavabı
Futbol
16 Dekabr 2017 - 18:49
Supersport.Az-ın məlumatına görə, "Barselona"nın futbolçusu Arda Turan "Qalatasaray"a keçəcəyi ilə bağlı xəbərə münasibət bildirib.

Türkiyə klubunun azarkeşləri sosial şəbəkədə "Arda Turan, "Qalatasaray"a qayıtmalıdırmı" sualını verib və təcrübəli futbolçudan, "xeyr" cavabını alıb.

Klubun keçmiş prezidenti Faruk Sürən açıqlamasında deyib:

"Arda bizim övladdır. Dönmək istəsə, şərtlər də uyğun olsa, evinə qayıda bilər. Arda futbolu düşünüb köklənsə, faydalı olara. Əks halda, istəyi alınmayacaq".

Arda Turanın meneceri Ahmet Bulut isə bildirib:

"Ardanın vəziyyətindən çox narahatıq. "Barselona"da baş məşqçi futbolçuya 10 dəqiqə belə şans vermədi. Arda futbol oynamaq istəyir. "Barselona" ilə çox yaxşı müqaviləsi var. Türkiyədən hazırda heç bir təklif yoxdur".

Digər xəbərlər