"Qəbələ"də yeni müqavilə

"Qəbələ"də yeni müqavilə
Futbol
16 Dekabr 2017 - 14:37
"Qəbələ" futbolçusu Voislav Stankoviçlə yeni müqavilə imzalayıb.

Supersport.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, serbiyalı müdafiəçi ilə anlaşma daha 2 il müddətinə uzadılıb. 30 yaşlı futbolçu 2019-cu ilin sonunadək "qırmızı-qara" forma geyinəcək.

Xatırladaq ki, 2015-ci ilin yayından "Qəbələ"nin şərəfini qoruyan Stankoviç "Qəbələ"nin heyətində Premyer Liqanın 2015-2016 mövsümündə bürünc, 2016-2017 mövsümündə isə gümüş mükafatını qazanıb. O, "qırmızı-qaralar"ın heyətində keçirdiyi 101 matçda 2 qol vurub. Serbiyalı müdafiəçi Premyer Liqada 60, Avropa Liqasında 28 (1 qol), Azərbaycan kubokunda 13 matç (1 qol) keçirib.

Digər xəbərlər