Maksim Medvedev: "Qarabağ" "Çelsi"dən xal qopara bilər" - Video

Maksim Medvedev: "Qarabağ" "Çelsi"dən xal qopara bilər" - Video
Futbol, Eksklüziv, Video
21 Noyabr 2017 - 00:43
Supersport.Az Çempionlar Liqasının 5-ci turunda "Çelsi"ni qəbul edəcək "Qarabağ"ın müdafiəçisi Maksim Medvedevin fikirlərini videogörüntüyə alıb.

Təcrübəli fubolçusu, çətin olsa da, rəqibdən xal qoparmağın mümkün olduğunu bildirib:

"Londondakı ilk görüşümüz bizim üçün çox pis alındı. Öz meydanımızda doğma azarkeşlərin qarşısında yaxşı çıxış etməyə çalışacağıq. Biz "Çelsi"nin səviyyəsinin bizdən qat-qat yüksək olduğunu bilirik, lakin futbolda hər şey mümkündür. "Atletiko" ilə görüşlərdə heç kəs bizim nəsə edəcəyimizə inanmırdı, lakin biz onlardan 2 xal aldıq. Bu, komandaya əlavə motivasiya qatır. Əgər Qurban Qurbanovun bütün tapşırıqlarını dəqiq yerinə yetirsək "Çelsi" ilə oyunda da xal qazana bilərik".

- Londondakı 0:6 hesabı yadınıza düşəndə psixoloji gərginlik hiss edirsinizmi?

"Təbii ki, olur. Bunu inkar etsəm yalan olar. Hər kəs bizim o oyunumuzu xatırlayır. O görüş adlı-sanlı rəqibə qarşı debüt görüşümüz idi və ola bilsin məhz bu bizə mane oldu. Lakin biz pozitiv qalmağa çalışırıq. O oyundan sonra Roma və Atletiko'ya qarşı görüşlərdə biz təcrübə qazandıq. Düşünürəm ki, "Çelsi"yə qarşı Bakıdakı görüş tamam fərqli olacaq".

Digər xəbərlər