İtaliya 60 il sonra şokda: Buffon göz yaşlarıyla yığmadan getdi - Foto-Video

İtaliya 60 il sonra şokda: Buffon göz yaşlarıyla yığmadan getdi - Foto-Video
Futbol, Video, Foto
14 Noyabr 2017 - 02:54
Supersport.Az-ın məlumatına görə, Dünya Kubokunun pley-off mərhələsində İtaliya İsveç qarşısında aciz qalaraq yarışla vidalaşıb.

Cavab oyunu qolsuz bərabərlilə başa çatıb. İlk görüşdə İsveçə 1 qolla qalib gəlmişdi.

İtaliya 60 il sonra ilk dəfə yarışa qatılmaq fürsətini boşa verib.

Dördqat dünya çempionu tarixində üçüncü dəfə Dünya Kubokununa final mərhələsinə qatıla bilməyib.

İtaliya yığmasının 39 yaşlı qolkiperi Canluici Buffon göz yaşlarını saxlaya bilməyib.

"Yığmada son rəsmi oyunumda Dünya Kubokundan kənarda qalmağımız böyük bədbəxtlikdir. Məyus olmağımın səbəbi millidəki karyeramı bitirmək deyil, ölkə adına çox vacib bir işi bacarmamaqdır".

Digər xəbərlər