"Beşiktaş"ın ulduzları Avropanın diqqətində

"Beşiktaş"ın ulduzları Avropanın diqqətində
Futbol
12 Noyabr 2017 - 19:27
Supersport.Az-ın məlumatına görə, Çempionlar Liqasında uğurlu çıxış edən "Beşiktaş"ın futbolçuları maraq dairəsindədir.

Türkiyə çempionunun əsas silahlarından biri Cenk Tosun "Milan", "Tottenhem", "Volfsburq", "Everton", "Nyukasl" və "Kristal Palas"ın transfer siyahısındadır.

Oğuzxan Özyakupu "Arsenal"la Marsel "Olimpik"i heyətinə cəlb etmək istəyir. Tolqay Arslanla "Tottenhem", "Latsio" və "Valensiya" maraqlanır.

"Tottenhem"in yanvarda başlayacaq transfer müddətində Dusko Toşiç üçün 8 milyon avro təklif edəcəyi bildirilir.

 

 

Digər xəbərlər