İki yığma da dünya çempionatında

İki yığma da dünya çempionatında
Futbol
13 Noyabr 2017 - 08:48


DÇ-2018-in pley-off mərhələsinin cavab oyunlarına start verilib.

Supersport.Az-ın məlumatına görə, iki matç keçirilib. İsveçrə Şimali İrlandiyanı qəbul edib. Oyun qolsuz başa çatıb.

Bu komandalar arasında ilk görüşdə İsveçrə 1:0 hesabı ilə qalib gəlib.

Digər oyunda Xorvatiya Yunanıstanın qonağı olub. Birinci qarşılaşmada 4:1 hesabı ilə qalib gələn xorvatlar favorit hesab olunurdu. Cavab oyununda da qol vurulmayıb.

12 noyabr

DÇ-2018 pley-off mərhələsi, cavab oyunları

21:00. İsveçrə - Şimali İrlandiya 0-0

İlk oyun: 1:0

23:45. Yunanıstan - Xorvatiya 0-0

İlk oyun: 1:4

Digər xəbərlər