"Qarabağ" gerilədi, "Zirə" irəlilədi

"Qarabağ" gerilədi, "Zirə" irəlilədi
Futbol
11 Noyabr 2017 - 17:30
Supersport.Az-ın məlumatına görə, futbol klublarının dünya reytinqi açıqlanıb.

Azərbaycanın təmsilçilərindən "Qarabağ", "İnter" və "Qəbələ" siyahıda geriləyib, "Zirə" irəliləyib.

İnternet saytı www.clubworldranking.com, kobud səhvə yol verərək Ağdam klubunu Bakı təmsilçisi kimi təqdim edib. "Zirə"nin loqosu isə verilməyib.

"Qarabağ" 502-ci pilləni 542-yə, "İnter" 777-ci yeri 780-nə, "Qəbələ" 816-nı 818-ə dəyişib. "Zirə" 845-dən 843-cü yerə qalxıb.

Reytinq 6 noyabrda tərtib olunub.

Digər xəbərlər