Cüdoçularımızdan daha iki medal

Cüdoçularımızdan daha iki medal
Digər, Cüdo
08 Oktyabr 2017 - 12:46
Özbəkistanın paytaxtı Daşkənddə cüdo üzrə Qran-pri yarışı davam edir.

Supersport.Az xəbər verir ki, beynəlxalq turnirin ikinci günündə millimiz aktivinə daha iki medal yazdırıb.

Yarışda ölkəmizi təmsil edən Telman Vəliyev (73 kq) və Fəqan Quluzadə (81 kq) mötəbər turnirin bürünc medallarına sahib olublar.

Turnirin ilk günündə Vüqar Şirinli (60 kq) qızıl medal qazanıb.

Qeyd edək ki, 27 ölkədən 183 (91 kişi, 92 qadın) idmançının qatıldığı mötəbər yarışda Azərbaycan millisi 5 cüdoçu ilə təmsil olunur.

Digər xəbərlər