"Futbola başlayanda inəklərin yanında oynayırdım" – "Qarabağ"ın Pedrosu - Video

"Futbola başlayanda inəklərin yanında oynayırdım" – "Qarabağ"ın Pedrosu - Video
Futbol, Eksklüziv, Video
01 Oktyabr 2017 - 23:26
Supersport.Az-ın məlumatına görə, Azərbaycan Premyer Liqasının 7-ci turunda "Zirə"yə qarşı keçirilən oyundan sonra "Qarabağ"ın braziliyalı futbolçusu Pedro Enrike müsahibə verib.

- "Zirə"nin zəif cəhətlərin bilsək də, rəqib yaxşı qapandı. Buna görə də istədiyimizi reallaşdıra bilmədik.

- "Roma" ilə matçda 60 min azarkeş dəstəyindən sonra bu gün 2 min fanatın olduğu oyuna köklənmək necədir?

- Təbii ki, bu, müqayisəolunmazdır. İnsandan insana fərq var. Mənim üçün heç bir fərqi yoxdur. Mən futbola başlayanda oyunuma heç kim baxmayıb. Ancaq ev heyvanları, inəklərin yanında oynayırdım. Az azarkeş olsa da, sona qədər bizi dəstəklədilər. Onlara təşəkkür edirəm.

- Əvvəlki oyunlarda istədiklərini edə bilirdin. Bu gün isə performansını tam olaraq nümayiş etdirə bilmədin. Bunun səbəbi "Roma" ilə oyunun yorğunluğudur, yoxsa "Zirə"nin müdafiəçilərinin ustalığı?

- Mən şəxsən ikinci hissədə yorğunluğu hiss edirdim. Rəqib də qapanmışdı, boş zona vermirdilər. Boş zona olmadığı üçün bizə də çətin idi. Komandamız da əlindən gələni etdi. Meydanda olan gənc futbolçular da çox çalışdılar.

- "Zirə" liderlər qrupunda qərar tutub. Ümumiyyətlə, Azərbaycan çempionatı gözlədiyin səviyyədədirmi?

- Digər komandalara baxanda bugünkü rəqib bizə çətinlik yaratdı. Təsadüfi deyil ki, b komanda liderlər sırasında qərarlaşıb.

Digər xəbərlər