Çempionlar Liqası finalı Bakıda keçiriləcək

Çempionlar Liqası finalı Bakıda keçiriləcək
Futbol
19 Sentyabr 2017 - 16:09
Supersport.Az-ın məlumatına görə, futbol üzrə Çempionlar Liqası finalı Bakıda keçiriləcək.

İspaniya mətbuatı Azərbaycanın "Olimpiya" stadionunun Madridin "Metropolitano" idman qurğusunu qabaqladığını qeyd edib. Məsələ burasındadır ki, Bakıyla müqayisədə Madrid stadionunda VİP yerlərinin sayı kifayət qədər deyil. Bu haqda "Onda Cero" xəbər yayıb.

Qeyd edək ki, final oyununun harada keçiriləcəyi ilə qərar sabah veriləcək.

Digər xəbərlər