Qvardiola: "Çelsi" ilə oyun gücümüzü göstərəcək"

Qvardiola: "Çelsi" ilə oyun gücümüzü göstərəcək"
Futbol
19 Sentyabr 2017 - 13:41
Supersport.Az-ın məlumatına görə, "Çelsi" ilə oyun ərəfəsində "Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola açıqlama verib.

Təcrübəli ispan mütəxəssis bu rəqiblə qarşılaşmada komandasının potensialının məlum olacağını bildirib:

"Hazırkı çempionlarla oyun səviyyəmiz müəyyənləşəcək. Fikrimcə, ötən mövsümlə müqayisədə komandamızda irəliləyiş var".

Qeyd edək ki, "Çelsi" - "Mançester Siti" matçı sentyabrın 30-da keçiriləcək.  Hazırda 20 komanda sırasında turnir cədvəlində beş turdan sonra ilk üç yeri "Mançester Siti" (13 xal), "Mançester Yunayted" (13 xal) və "Çelsi" (10 xal) tutur. 

 

 

Digər xəbərlər