"Çelsi" xal itirdi, futbolçusu qovuldu

"Çelsi" xal itirdi, futbolçusu qovuldu
Futbol
18 Sentyabr 2017 - 12:32
Supersport.Az-ın məlumatına görə, İngiltərə Premyer Liqasının 5-ci turunda "Çelsi" "Arsenal"ın qapısına yol tapa bilməyib.

"Stemford Bric"də keçirilən oyun qolsuz başa çatıb.

Qarşılaşmanın 87-ci dəqiqəsində qırmızı vərəqəylə cəzalanan "Çelsi"nin futbolçusu David Luis meydandan qovulub.

Qeyd edək ki, 5 turdan sonra turnir cəvəlində 20 komanda sırasında ilk üç yerdə "Mançester Siti" (13 xal), "Mançester Yunayted" (13 xal) və "Çelsi" (10 xal) qərarlaşıb.

Digər xəbərlər