"Qarabağ" - "Roma" oyununa böyük maraq

"Qarabağ" - "Roma" oyununa böyük maraq
Futbol
12 Sentyabr 2017 - 01:20
Supersport.Az-ın məlumatına görə, Çempionlar Liqasının qrup mərhələsinin ilk ev oyununda "Roma"nı qəbul edəcək "Qarabağ"a böyük maraq var.

Qarşılaşmaya 4 gün ərzində satılan biletlərin sayı 30000-ə çatıb.

Azarkeşlərimiz biletləri aşağıda qeyd olunan satış məntəqələrindən və onlayn olaraq iTicket.az saytından əldə edə bilərlər. Biletləri əldə edərkən şəxsiyyət vəsiqəsi təqdim olunmalıdır.


Biletlərin qiymətləri:

VIP – 50 AZN

Kateqoriya 1 – 20 AZN

Kateqoriya 2 – 10 AZN

Kateqoriya 3 – 5 AZN

Kateqoriya 4 – 2 AZN

Şatış məntəqələri:

Asan Xidmət Mərkəzləri

Heydər Əliyev Sarayının kassası

28 Mall

Gənclik Mall

Park Bulvar (Qarabağ FK Fanshop)

M.Rəsulzadə 3 (Azərb. k/t yaxınlığı)

Bül-bül prospekti, Nizami küç. (Nizami k/t yaxınlığı)

Üzeyir Hacıbəyov küç.69x (Hökümət evinin arxası)

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Roma" matçı sentyabrın 27-si saat 20:00-da start götürəcək.

 

Digər xəbərlər