"Qarabağ"ın prezidenti Abdolbari Goozal komandayla görüşdü - Video

"Qarabağ"ın prezidenti Abdolbari Goozal komandayla görüşdü - Video
Futbol, Video
08 Sentyabr 2017 - 01:10
Supersport.Az-ın məlumatına görə, Çempionlar Liqasının qrup mərhələsinin ilk oyununda "Çelsi"ylə qarşılaşacaq "Qarabağ"ın axşam məşqindən öncə komandanın düşərgəsinə klubun prezidenti Abdolbari Goozal təşrif buyurub.

Futbolçularla görüşən beşqat ölkə çempionununrəhbəri onlarla yaxından maraqlanıb. Daha sonra Abdolbari bəy Çempionlar Liqasında qazanılan uğurun mahiyyətindən danışıb və futbolçulara öz təşəkkürünü bildirib. Bu tarixi uğurun Azərbaycan xalqının, xüsusilə də məcburi köçkünlərin qəlbinə sevinc nəsib etdiyini vurğulayıb. Sonda isə gətirdiyi şirniyyat futbolçulara paylanılıb və görüş xoş ovqatla başa çatıb.


 

Digər xəbərlər