Cüdoçular vətəndə

Cüdoçular vətəndə
Digər, Cüdo
04 Sentyabr 2017 - 11:51
Supersport.Az-ın məlumatına görə, Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə dünya çempionatında uğura imza atmış cüdoçularımız artıq vətənə dönüblər.

Mötəbər yarışda 2 gümüş, 2 bürünc medal qazanan millimizin üzvlərini Heydər Əliyev Beynəlxalq Hava Limanında Azərbaycan Cüdo Federasiyasının rəsmiləri, idman ictimaiyyətinin nümayəndələri və idmançıların ailə üzvləri qarşılayıblar.

Qeyd edək ki, dünya çempionatında Orxan Səfərov (60 kq), Rüstəm Orucov (73 kq) gümüş, Elmar Qasımov (100 kq) və İrina Kindzerska (+78 kq) bürünc medal qazanıblar.

Digər xəbərlər