Cüdoçumuz qızıl medal qazana bilmədi

Cüdoçumuz qızıl medal qazana bilmədi
Digər, Cüdo
28 Avqust 2017 - 20:31
Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə dünya çempionatına start verilib.

Supersport.Az-ın məlumatına görə, ölkəmizi 60 kq çəki dərəcəsində təmsil edən Orxan Səfərov mundiala 1/16 finaldan başlayıb. O, öncə bolqarıstanlı Yanislav Çerçevi mübarizədən kənarlaşdırıb. Güləşçimiz 49 saniyəyə rəqibini üstələyib.

1/8 finalda portuqaliyalı Qonsalo Mansinyonu 30 saniyəyə məğlub edən yarımfinala vəsiqə uğrunda görüşdə qazaxıstanlı Eldost Smetovla qarşılaşıb. Orxan bu rəqibinə də vaxtından əvvəl qalib gələrək yarımfinalda özbəkistanlı Diorbek Urozboyevlə qarşılaşıb. Rəqibinə ipponla qalib gələn idmançımız finala yüksəlib.

Orxan həlledici qarşılaşmada rəqibi yaponiyalı Noişa Takatoya məğlub olub.

Digər xəbərlər