Tahir Gözəl: "40 minlik stadionun dolacağı "Qarabağ"ın gücünü göstərir"

Tahir Gözəl: "40 minlik stadionun dolacağı "Qarabağ"ın gücünü göstərir"
Futbol
22 Avqust 2017 - 22:24




Çempionlar Liqasının pley-off mərhələsinin cavab matçında "Kopenhagen"lə qarşılaşacaq "Qarabağ"ın vitse-prezident Tahir Gözəl futbolçulara dəstək olmaq üçün Kopenhagenə gedib. Klub rəsmisi komandanın son məşqi stadiondan canlı izləyib.

Vitse-prezident Tahir Gözəl qarşılaşma haqda öz fikirlərini komandanın saytına bildirib:

"Kopenhagen"lə oyunu nəinki "Qarabağ", bütün Azərbaycan üçün ən önəmli qarşılaşma adlandırmaq olar. Hamımız oyunun nə qədər vacib olduğunun fərqindəyik. "Qarabağ" Azərbaycan futbolunda bir sıra ilklərə imza atıb və həmin nailiyyətlərinin zirvəsindəyik. Bu ilklərə daha birini əlavə etmək istəyirik.  Sabah 40 minlik stadion dolu olacaq, bu da "Qarabağ"ın gücünü, nə qədər ciddi rəqib olduğunu göstərir.

İnanırıq ki, zəfər bizim yanımızda olacaq. Komandaya dəstək olmaq üçün bura gəlmişəm, futbolçularımız və baş məşqçimizə inanıram".




 

Digər xəbərlər