"İnter" - "Səbail" oyununun saatı açıqlandı

"İnter" - "Səbail" oyununun saatı açıqlandı
Futbol
22 Avqust 2017 - 20:06
Premyer Liqanın III turunun daha bir oyununun başlanma saatı açıqlanıb.

Supersport.Az-ın məlumatına görə, avqustun 25-də keçiriləcək “İnter” – “Səbail” görüşü saat 18:00-da start götürəcək.

Bu barədə “Səbail” klubunun rəsmi Feysbuk səhifəsi xəbər yayıb.

Qeyd edək ki, “İnter” – “Səbail” oyunu “İnter Arena”da keçiriləcək.

Digər xəbərlər