Ayxan ermənini məğlub etdi, rusiyalıya uduzdu

Ayxan ermənini məğlub etdi, rusiyalıya uduzdu
Digər, Taekvondo
22 Avqust 2017 - 16:26
Tayvanda təşkil edilən 29-cu Yay Universiadasında taekvondo yarışına start verilib.

Supersport.Az-ın məlumatına görə, yığma komandamızın da qatıldığı yarışın ilk günü iki taekvondoçumuz mübarizə aparıb.

Millinin üzvlərindən -68 kq çəki dərəcəsində dayanq üzərinə çıxan Ayxan Tağızadə fransız Fabio Mattelə 19:7, Böyük Britaniyalı Jacob Barnettə 17:9, Xavier Perezə (İspaniya) 9:7 hesabı ilə qalıb gələrək yarımfinala vəsiqə qazanıb. Final uğrunda qarılaşmada erməni rəqibi Sergey Vardazaryana (31:14) şans verməyən Ayxan, finalda rusiyalı taekvondoçu Boris Krasnovla döyüşdə qızıl xalla məğlub olaraq yarışı gümüş medalla başa vurub.


Digər idmançımız Qaşım Maqomedov (-54 kq) isə ilk rəqibi Embrion Hidayətullaha (İndoneziya) 29:19 hesabı ilə qalib gəlsə də Avstraliya təmsilçisi Malcom Levisə 10:12 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.

Digər xəbərlər