İki gündə iki medal

İki gündə iki medal
Digər, Cüdo
21 Avqust 2017 - 21:09
Supersport.Az-ın mlumatına görə, Taypey şəhərində keçirilən Universiadanın cüdo yarışında ölkəmiz uğurlu çıxış edir.

Oyunların ilk günü 100 kq çəki dərəcəsində təmsilçimiz Zelim Kotsoyev bütün rəqiblərini məğlub edərək universiadanın qalibi adına layiq görülüb.

Cüdoçumuz Almaniya, Latviya, Bosniya-Herseqovina, Rusiya və Yaponiya idmançılarına qalib gələrək qızıl medal qazanıb. Taypeydə Azərbaycan cüdoçusunun şərəfinə dövlət himnimiz səsləndirilib və üç rəngli bayrağımız qaldırılıb.

Çempionatın ikinci günü millimiz aktivinə daha bir medal yazdırıb.

90 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Firudin Dadaşov Universiadanın bürünc medalına sahib olub.

 

Digər xəbərlər