Kəmaləddin Heydərov yenidən vitse-prezident təyin edildi

Kəmaləddin Heydərov yenidən vitse-prezident təyin edildi
Digər, Taekvondo
17 Avqust 2017 - 21:37
Azərbaycan Taekvondo Federasiyasının  prezidenti Kəmaləddin Heydərov növbəti dəfə Dünya Taekvondo Federasiyasının (DTF) vitse-prezidenti təyin edilib.

Supersport.Az-ın Azərbaycan Taekvondo Federasiyasının  rəsmi saytına istinadən yaydığı xəbərə görə, o, bu etimada qurumun prezidenti Çunqvon Ço tərəfindən layiq görülüb.

Qeyd edək ki, DTF, rəhbər strukturuna seçkiləri müəyyən edilmiş yeni qaydalarına əsasən aparır. Qitələr üzrə seçilmiş taekvondo birliklərinin rəhbərləri birbaşa olaraq DTF-nin vitse-prezidenti vəzifəsində yer alır. Digər iki vitse-prezident isə qurumun prezidenti tərəfindən seçilir.

Digər xəbərlər