"Şerif"in baş məşqçisi: "Qarabağ"la oyun finala bərabərdir"

"Şerif"in baş məşqçisi: "Qarabağ"la oyun finala bərabərdir"
Futbol
30 İyul 2017 - 17:04
Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan "Şerif" Moldova çempionatında növbəti oyununu keçirib. Tiraspol təmsilçisi 4-cü turda "Petrokub"a 2:1 hesabı ilə qalib gələrək, liderliyə yüksəlib.

"Şerif"in italiyalı baş məşqçisi Roberto Bordin oyundan sonra "Qarabağ"la matç haqda da danışıb:

"Bu gün Bakıda meydana çıxan bəzi oyunçularımız da oynayırdı. Digər futbolçularımıza isə istirahət vermişdim. Çünki qarşıda bizi vacib görüş gözləyir.

Bu, həm bizim, həm də rəqib üçün əhəmiyyətli oyundur. Kim udsa irəli gedəcək, uduzsa, turnirdən kənarlaşacaq. Bizim topa çox yaxşı nəzarət edən, sürətli hücumlar quran güclü rəqibimiz var. Diqqətli olmaq lazımdır. Bakıdakından pis çıxış etməməliyik. Cavab oyununda nəticəyə nail olmalıyıq. Çünki müəyyən üstünlüyümüz var".

Xatırladaq ki, ÇL-in üçüncü təsnifat mərhələsinin "Şerif" - "Qarabağ" oyunu avqustun 1-i keçiriləcək. Bu komandaların Bakıdakı ilk matçı 0:0 hesabı ilə başa çatıb.

Digər xəbərlər