Ardalı "Barsa" "Real Madrid"ə qalib gəldi - Video

Ardalı "Barsa" "Real Madrid"ə qalib gəldi - Video
Futbol
30 İyul 2017 - 16:07


Supersport.Az-ın məlumatına görə, 5-ci dəfə təşkil olunan Beynəlxalq Çempionlar Kubokunun finalında Mayamidə "Barselona" "Real Madrid"i məğlub edib.

Oyuna sürətli başayan Kataloniya klubu Lionel Messi (3) və İvan Rakitiçin (7) qoluyla hesabda irəli çıxıb.

"Real Madrid" 14-cü dəqiqədə Mateo Kovaçiçlə fərqi azaldıb və 36-cı dəqiqədə Marko Asensio bərabərlik qolunu vurub.

Oyunun 50-ci dəqiqəsində Jerard Pike ilə hesabı 3:2-ə çatdırıb və meydandan qalib ayrılıb.

PSJ-yə transfer olunan Neymar, 73-cü dəqiqədə yerini Arda Turana verib.

Digər xəbərlər