“Qəbələ” təmsilçisindən gümüş medal

“Qəbələ” təmsilçisindən gümüş medal
Digər, Cüdo
24 İyul 2017 - 00:10
"Qəbələ” İdman Klubunun və Azərbaycan milli komandasının cüdoçusu Uşangi Kokauri növbəti uğurunu qazanıb.

Supersport.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, idmançımız Belarusun paytaxtı Minskdə təşkil olunan Avropanın açıq çempionatında qüvvəsini sınayıb.

+100 kq çəki dərəcəsində çıxış edən cüdoçumuz rusiyalı Edqardt Smereka ve belaruslu Aleksandr Vaxavyak üzərində qələbə qazanmaqla yarımfinala yüksəlib. Finalın bir addımlığında litvalı Marius
Paskeviçyusla üz-üzə gələn Kokauri rəqibini məğlub edib.

Həlledici qarşılaşmada meydan sahibi Vladislav Tsarpitski ilə görüşən idmançımız məğlub olub və yarışı gümüş medalla başa vurub.

Digər xəbərlər