"Qəbələ" "Utrext"lə qarşılaşacaq

"Qəbələ" "Utrext"lə qarşılaşacaq
Futbol
05 İyul 2017 - 00:11


"Qəbələ” yay hazırlıqlarının ikinci mərhələsini Avstriyada davam etdirir.

 

Supersport.Az xəbər verir ki, “qırmızı-qaralar”ın yoxlama oyunundakı daha bir rəqibinin adına aydınlıq gəlib. Roman Qruqorçukun yetirmələri Erediviziyası təmsilçisi “Utrext”lə qarşılaşacaq. Bu barədə Hollandiya klubunun rəsmi saytı yayıb.

 

Qeyd edək ki, hazırlıqların ikinci mərhələsində 3 oyun keçirməyi planlaşdıran “Qəbələ” artıq ilk matçına çıxıb. Təmsilçimiz Avstriyanın “Qrodiq” komandasını darmadağın edib - 7:0. Növbəti qarşılaşma isə Kiyev “Dinamo”su ilə nəzərdə tutulub. Bu oyun bu gün keçiriləcək.

Digər xəbərlər