"Beşiktaş" "Real"ın futbolçusunu transfer etdi

"Beşiktaş" "Real"ın futbolçusunu transfer etdi
Futbol
05 İyul 2017 - 00:35
Portuqaliya millisinin üzvü Pepenin “Beşiktaş”a transferi gerçəkləşib.

Supersport.Az-ın məlumatına görə, bu barədə klubun rəsmi instaqram səhifəsi xəbər yayıb.

“Real”dan ayrılan təcrübəli müdafiəçi İstanbul klubuna azad agent kimi keçib. Bugünlərdə son Avropa çempionatının qalibi ilə müqavilə bağlanacağı bildirilir.

Qeyd edək ki, Pepenin PSJ-yə transferi son anda baş tutmayıb. Paris klubunda tibbi müayinədən uğurla keçsə də, tərəflər müqavilənin müddəti ilə bağlı razılığa gələ bilməyiblər.

Digər xəbərlər