Samboçularımız Qazaxıstanda güclərini sınayacaqlar

Samboçularımız Qazaxıstanda güclərini sınayacaqlar
Digər, Sambo
03 İyul 2017 - 19:01
İyulun 5-9-da Qazaxıstanın paytaxtı Astanada ölkə prezidenti Nursultan Nazarbayevin mükafatı uğrunda sambo üzrə beynəlxalq turnir keçiriləcək.

Supersport.Az xəbər verir ki, yarışda millimizin heyətində Yusif Kərimov (52 kq), Rəşad Dünyamalıyev (57 kq), Emin Qulamov (68 kq), Samir Kərimov (74 kq) və Ceyhun Hüseynov (82 kq) birincilik uğrunda mübarizə aparacaqlar.

Yığmamız baş məşqçi Yaqub Abdullayevin rəhbərliyi altında yarışacaq.

Turnirdə ölkəmizi beynəlxalq dərəcəli hakim Cabir İsmayılov təmsil edəcək.

Digər xəbərlər