İdmançımız rusiyalını udub dünya çempionu oldu

İdmançımız rusiyalını udub dünya çempionu oldu
Digər, Taekvondo
30 İyun 2017 - 19:56







Supersport.Az-ın məlumatına görə, bu gün Cənubi Koreyanın Muju şəhərində Dünya Taekvondo Federasiyasının təşkil etdiyi dünya çempionatı başa çatıb.

24-30 iyun tarıxlərində keçirilən mundiala 12 idmançı ilə qatılan milli komandamızın üzvləri bu çempionatda bir qızıl və bir bürünc medal qazanıb.











Yarışın son günü Azərbaycan taekvondo tarixinin üçüncü qızıl medalı I Avropa Oyunlarının qalibi, Avropa çempionu, Olimpiya mükafatçısı, IV İslam Həmrəyliyi Oyunlarının qalibi, komandalararası ikiqat dünya kubokunun sahibi Milad Beigi Hərçəqanidən gəlib. Milad qarşılaşdığı rəqibləri Nigerli Djibo Bagna Kadrı (30:9), Yapon idmançı Hidenori Ebatanı (18:7), İspaniyalı Raul Garcia Martinezi (19:13) və Moises Hernandezi (Dominikan respublikası) 6:4 hesabı ilə məğlub edərək yarımfinala vəsiqə qazanıb. Komandamızın liderlərindən olan Milad həlledici mərhələyə vəsiqə uğrunda döyüşdə Moldova idmançısı Aaron Cooka şans vermədi (41:5). Finalda isə Rusiyalı Anton Kotkovu 21:3 hesabı ilə məğlub edən Milad fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.


Yarımfinala yüksələn Məhəmməd Məmmədov (-63 kq) isə yarmfinal döyüşündə İranlı Mihashem Hosseiniə 5:6 hesabı ilə məğlun olaraq dünya çempionatının bürünc mükafatına layiq görülüb.

Xatırladaq ki, “G12” kateqoriyalı çempionatın əvvəlki yarış günlərində Qaşım Maqomedov (54), Sina Bahrami (74 kq), Fizam Mehdiyev (58 kq), Ayxan Tağızadə (68 kq), Radik İsayev (87 kq-dan yuxarı), Ramin Əzizov (87 kq), qadınların mübarizəsində isə Safiye Polat (46 kq), Patimat Abakarova (49 kq), Fəridə Əzizova (67 kq) medallar uğrunda mübarizədən məğlub ayrılaraq yarışı erkən başa vurublar. Komanda hesabında millimiz Koreya, Türkiyə, Serbiya, Rusiya, Böyük Britaniya, Çin Xalq Respublikansından sonra yeddinci yerdə qərarlaşıb.

Azərbaycan Taekvondo Federasiyasını vitse-prezidentləri Nağı Səfərov və Niyaməddin Paşayevin rəhbərliyi ilə mundialda çıxışını uğurla başa vuran komandamız 2 iyul tarıxındə vətənə dönəcək.



Digər xəbərlər