Rəşad UEFA-nın TOP-5-liyində

Rəşad UEFA-nın TOP-5-liyində
Futbol
19 İyun 2017 - 14:00


“Qarabağ”ın kapitanı Rəşad Sadıqov Avropa kuboklarının təsnifat mərhələlərində ən çox oyun keçirən futbolçular siyahısına düşüb.

Supersport.Az-ın xəbərinə görə, bu haqda UEFA-nın saytında dərc olunan yazıda bildirilib.

R.Sadıqov “Neftçi”, “Kayserispor” (Türkiyə) və “Qarabağ”ın heyətində ilkin mərhələlərdə avrokuboklarda 55 oyun keçirib. Bu göstərici ilə o, siyahıda Vilali Radionovla (BATE) birgə 3-4-cü yerləri bölüşdürüb. Saşa İliç (“Partizan”, “Qalatasaray”, “Zalsburq”, 69 oyun) 1-ci, Kostas Xaralambides (APOEL, “Panatinaikos”, AEK Larnaka, 57 oyun) isə 2-cidir.

İlk beşliyi 52 oyunla Stefan İşizaki (AİK, “Elfsborq”, “Volerenqa”) tamamlayıb.

Digər xəbərlər