Azərbaycandan Ermənistana dərs

Azərbaycandan Ermənistana dərs
Digər, Həndbol
17 İyun 2017 - 19:33
Bolqarıstanda inkişaf etməkdə olan ölkələr arasında kişi həndbolçuların ikinci çempionatı davam edir.

Supersport.Az-ın məlumatına görə, Azərbaycan millisi 9-16-cı yerlər uğrunda görüşdə Ermənistan yığması ilə qarşılaşıb. Oyunun ilk hissəsi millimizin böyük hesablı üstünlüyü ilə yekunlaşıb - 21:7. Matçın ikinci hissəsində də üstünlüyü davam etdirən komandamızın əvəzedici heyəti 18:14 hesabı ilə qələbə qazanıb. Ümumi hesabda rəqibini 39:21 hesabı ilə məğlub edən həndbolçularımız turnirdə ikinci dəfə meydandan qalib ayrılıblar.

Azərbaycan İrlandiya yığmasını 41:33 hesabı ilə məğlub edərək, üçüncü qələbəsini qazanıb.

 

Digər xəbərlər