Azərbaycanın aparıcı cüdoçuları Yaponiyada

Azərbaycanın aparıcı cüdoçuları Yaponiyada
Olimpiya, Digər, Cüdo
13 İyun 2017 - 21:57


Cüdo üzrə Azərbaycan milli komandasının əsas üzvləri hazırda Yaponiyada təlim-məşq toplanışındadır.

Hər il ənənəvi keçirilən məşq prosesində Azərbaycan cüdoçuları ilə yanaşı Yaponiya, Fransa, Cənubi Koreya, Braziliya, Çex Respublikası, Monqolustan, İtaliya, Rusiya kimi dünyanın aparıcı cüdo ölkələrinin milli komandaları da iştirak edirlər.

İdmançılarımız baş məşqçi Fərhad Məmmədov, məşqçilər Mövlud Mirəliyev və Şümşat Bəhramovun rəhbərliyi altında gündə 2 dəfə məşq edərək gələcək beynəlxalq yarışlara hazırlaşırlar.

Tokio toplanışında Orxan Səfərov, Nicat Şıxəlizadə, Rüstəm Orucov, Hidayət Heydərov, Telman Vəliyev, Məmmədəli Mehdiyev, Firudin Dadaşov, Elxan Məmmədov, Zelim Kotsoyev, Uşanqi Kokauri, İçinxorlo Munxtsedev, Aişə Qurbanlı, Nəzakət Əzizova, Xanım Hüseynova iştirak edirlər.

Qeyd edək ki, səfərin məqsədi avqustda Macarıstan paytaxtı Budapeştdə keçiriləcək dünya çempionatına hazırlıqdır.

Digər xəbərlər