"Xəzər Lənkəran"ın keçmiş baş məşqçisi istefaya göndərildi

"Xəzər Lənkəran"ın keçmiş baş məşqçisi istefaya göndərildi
Futbol
07 İyun 2017 - 01:59
Supersport.Az-ın məlumatına görə, "Xəzər Lənkəran"ın keçmiş baş məşqçisi yenidən işsiz qalıb.

Türkiyə Superliqasına vəsiqə qazanmaq üçün birinci liqanın pley-off oyununda "Göztəpə"yə penaltilər seriyasında məğlub olaraq arzusunu reallaşdıra bilməyən "Eskişehirspor" Mustafa Dənizli ilə yolları ayırıb.

Mövsümə Alpay Özalanla başlayan bu komanda 20-ci turdan sonra təcrübəli mütəxəssis Mustafa Dənizlini gətirmişdi.

"Eskişehirspor" bu məşqçiylə mövsümü 56 xalla "Sivasspor" və "Yeni Malatyaspor"un ardından 3-cü pillədə başa vuraraq pley-offda mübarizə aparmaq hüququ qazanmışdı.

M.Dənizlinin rəhbərliyində 16 oyuna çıxan komanda 6 qələbə qazanıb, 7 heç-heçə edib, 3 məğlubiyyətlə üzləşmişdi.

 

Digər xəbərlər