Arda Turan jurnalisti döydü, millidən getdi

Arda Turan jurnalisti döydü, millidən getdi
Futbol
06 İyun 2017 - 19:00

"Barselona"nın futbolçusu Arda Turan milli komandada karyerasını başa vurub.


Supersport.Az-ın Türkiyə mediasına istinadən yaydığı xəbərə görə, bu haqda o, mətbuat konfransında məlumat verib.


30 yaşlı futbolçu millidən ayrılmaq qərarını bu gün millinin Sloveniyada keçirilən təlim-məşq toplanışı zamanı açıqlayıb.

Qeyd edək ki, Arda Turanın bu qərarından əvvəl Türkiyə millisinin baş məşqçisi Fatih Terim onu millinin düşərgəsindən kənarlaşdırıb. Buna Ardanın Makedoniya ilə yoldaşlıq görüşündən sonra təyyarədə jurnalist Bilal Meşeyə hücum edərək onu ağır formada təhqir etməsi səbəb olub. Baş verənlərdən sonra bu gün Türkiyə Futbol Federasiyası prezident Yıldırım Demirörən, federasiya rəsmisi Əli Dürüst və Fatih Terimin iştirakı ilə iclas keçirib. İclasdan sonra F.Terim Arda ilə görüşüb. Görüşdən sonra F.Terim A.Turanı millinin düşərgəsindən göndərmək qərarı verildiyini deyib.

Arda Turan bildirib ki, F.Terim və TFF prezidenti Kosova matçında iştirak etməməsini uyğun görüb: "Mən etdiyim hərəkətə görə (jurnalistə etdiyi hücum nəzərdə tutulur - red.) peşman deyiləm. Mən yaxşı, şərəfli bir insan olmaq üçün yaşamışam. Haqqımda belə xəbər yayan hər kəsə bu formada etiraz edəcəkdim. Milli komandada karyeramı başa vururam. İnşallah, insanların qəlbində yaxşı futbolçudan daha çox yaxşı adam kimi qalaram".

Digər xəbərlər