Millimiz Avropada birinci oldu

Millimiz Avropada birinci oldu
Digər, Cüdo
04 İyun 2017 - 23:31
Rumıniyanın paytaxtı Buxarest şəhərində cüdo üzrə Avropa açıq çempionatı başa çatıb.



Supersport.Az-ın məlumatına görə, yarışın sonuncu günü Azərbaycan milli komandası üçün daha uğurlu olub. Belə ki, millimiz aktivinə 1 qızıl və 2 gümüş medal yazdırıb.

90 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Tural Səfquliyev Rumıniya, Böyük Britaniya və İtaliya cüdoçularına qalib gələrək finala çıxıb. Səfquliyev həlledici qarşılaşmada da inamla İsrail təmsilçisinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Fəqan Quluzadə (81 kq) və Uşanqi Kokauri (+100 kq) isə yalnız final qarşılaşmasında uduzaraq gümüş medala sahib olublar.

Xatırladaq ki, yarışın ilk günü Hüseyn Rəhimli (73 kq) gümüş medal qazanıb. Bununla da, 1 qızıl və 3 gümüş medal qazanan millimiz Avropa açıq çempionatını kişilər arasında birinci yerdə başa vurub.

Qeyd edək ki, 29 ölkədən 376 cüdoçunun (244 kişi, 132 qadın) mübarizə apardığı turnirdə Azərbaycan milli komandası 15 cüdoçu (13 kişi, 2 qadın) ilə təmsil olunurdu.


Digər xəbərlər