Çempionlar Liqası: "Qarabağ" qrup mərhələsində bu komandalarla qarşılaşa bilər

Çempionlar Liqası: "Qarabağ" qrup mərhələsində bu komandalarla qarşılaşa bilər
Futbol
01 İyun 2017 - 11:07
Supersport.Az-ın məlumatına görə, UEFA Çempionlar Liqasının 2017/2018 mövsümündə birbaşa qrup mərhələsində çıxış edə biləcək komandalar müəyyənləşib.

İngiltərə 4, İspaniya, İngiltərə və Almaniya hərəyə 3 klubla birbaşa qrup mərhələsində təmsil olunacaq. Beşqat Azərbaycan çempionu "Qarabağ" bu raunda vəsiqə qazansa, bu komandalardan bəziləri rəqib olacaq.

Birbaşa ÇL-in qrupuna yüksələn klublar aşağıdakılardır:

“Çelsi” (İngiltərə)

“Tottenhem” (İngiltərə)

“Mançester Siti” (İngiltərə)

“Mançester Yunayted” (İngiltərə)

“Real” (İspaniya)

“Barselona” (İspaniya)

“Atletiko” (İspaniya)

“Bayern” (Almaniya)

“RB Leyptsiq” (Almaniya)

“Borussiya” (Almaniya)

“Yuventus” (İtaliya)

“Roma” (İtaliya)

“Monako” (Fransa)

“PSJ” (Fransa)

“Benfika” (Portuqaliya)

“Portu” (Portuqaliya)

“Spartak” (Rusiya)

“Şaxtyor” (Ukrayna)

“Anderlext” (Belçika)

“Feyenoord” (Niderkand)

“Beşiktaş” (Türkiyə)

“Bazel” (İsveçrə)

Qrup mərhələsinin daha 10 iştirakçısı təsnifat mərhələsininin yekununda müəyyənləşəcək.

Digər xəbərlər