İlqar Qurbanov özünə klub tapdı
Futbol
31 May 2017 - 21:53
Supersport.Az-ın məlumatına görə, "Qarabağ"dan ayrılan İlqar Qurbanov özünə yeni klub tapıb.
Yeni mövsümünün transfer çalışmalarını davam etdirən "Qəbələ" heyətini 31 yaşlı ilə gücləndirib.
"Qırmızı-qaralar" İlqar Qurbanovla 2 illik müqavilə bağlayıb.
O, Azərbaycanda futbolçu karyerasına 2004-cü ildə "Xəzər-Lənkəran"da başlayıb. 2007-ci ilədək sözügedən komandada çıxış edən yarımmüdafiəçi 2009-2010-cu illərdə "Olimpik-Şüvəlan", 2011-2017-ci illərdə "Qarabağ"ın formasını geyinib.
Türkiyədə legionçu həyatı yaşayan futbolçu "Sivasspor" (2007-2008), "Boluspor" (2008-2009) və "Mersin İdman Yurdu"nda (2010-2011) çıxış edib.
Yarımmüdafiəçi Azərbaycan çempionatlarında 187 matçda meydana çıxıb və 14 dəfə rəqib qapılarına yol tapıb. İlqar Qurbanov Azərbaycan milli komandasının heyətində 29 oyun keçirib və 1 qol vurub.