"Türkiyə və Azərbaycan olimpiadanı birgə keçirə bilər" - Video

"Türkiyə və Azərbaycan olimpiadanı birgə keçirə bilər" - Video
Olimpiya, Video
24 May 2017 - 21:42
Supersport.Az-ın məlumatına görə, Bakı gələcəkdə Yay Olimpiya Oyunlarına namizədliyini irəli sürə bilər.

"Bakı şəhəri 2024-cü il Yay Olimpiya Oyunlarına namizədliyini verməyib. Ancaq 2028-ci il üçün verilə bilər. Bu, Milli Olimpiya Komitəsi prezidentinin qərarından asılıdır" - deyə, gənclər və idman naziri Azad Rəhimov bildirib.

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə isə bundan sonra bir olimpiadanı bir neçə ölkənin keçirəcəyini söyləyib:

"Beynəlxalq Olimpiya Komitəsinin tələbləri çətindir. Məsələn, Olimpiya stadionunun tutumu 80 min yerlik olmalıdır. Ümid edirəm ki, belə tələblər asanlaşdırılacaq. BOK-un qərarına əsasən, Olimpiya Oyunlarını bir yox, bir neçə şəhər keçirəcək. Ola bilsin ki, gələcəkdə Türkiyə və Azərbaycan olimpiadaya birgə ev sahibliyi etsin".


 

 

Digər xəbərlər