Azərbaycanla oyuna bu futbolçular çağırıldı - Şimali İrlandiyanın heyəti

Azərbaycanla oyuna bu futbolçular çağırıldı - Şimali İrlandiyanın heyəti
Futbol
15 May 2017 - 12:34


Şimali İrlandiya yığmasının DÇ-2018-in seçmə mərhələsində millimizlə matç öncəsi keçirəcəyi təlim-məşq toplanışı üçün heyəti açıqlanıb.

Supersport.Az-ın Şimali İrlandiya Futbol Federasiyasının saytına istinadə yaydığı xəbərə görə, komandanın baş məşqçisi Maykl ONil  toplanışa 18 futbolçu dəvət edib:

Qapıçılar:  Maykl Makqovern ("Norviç"), Roy Kerroll ("Linfild"), Konor Hazard ("Seltik"), Konor Mitçell ("Bernli")

Müdafiəçilər: Rayan Maklaflin ("Oldhem Atletik"), Tom Flanaqan ("Berton Albion"),Daniel Lafferti ("Şeffild Yunayted"), Lük Makkallox ("Donkaster Rovers"), Konor Maklaflin ("Flitvud Taun"), Adam Tompson ("Sauzend Yunayted")

Yarımmüdafiəçilər: Oliver Norvud ("Brayton"), Metti Land ("Roçdeyl"), Stüart Dallas ("Lids"), Kollum Kamps ("Roçdeyl")

Hücumçular: Kayl Lafferti ("Norviç"), Coş Magennis ("Çarlton"), Ceymi Uord ("Nottingem Forest"), Şey Makkartan ("Akkrinqton Stenli")

Qeyd edək ki, Şimali İrlandiya millisi 22 - 25 mayda İngiltərənin Mançester şəhərində təlim-məşq toplanışında olacaq.Daha sonra  komanda iyunun 2-də Yeni Zelandiya yığması ilə yoldaşlıq görüşü keçirəcək. Azərbaycanla səfər oyunu isə iyunun 10-u saat 20:00-da başlayacaq.

Digər xəbərlər