İslamiada: Azərbaycan ilk gündə 22 medallla zirvədə

İslamiada: Azərbaycan ilk gündə 22 medallla zirvədə
İslamiada-2017, Digər
14 May 2017 - 00:01


Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının ilk gününü Azərbaycan uğurla başa vurub.

Supersport..Az-ın məlumatına görə, ölkəmiz bu gün ümumilikdə 22 medal (10 qızıl, 9 gümüş, 3 bürünc) qazanıb.

Ruslan Lunyov (atıcılıq, tapança, 25 m), Orxan Səfərov (cüdo, 60 kq), Nicat Şıxəlizadə (cüdo, 66 kq), Hidayət Heydərov (cüdo, 73 kq), Erdenebat Bazarraqça (cüdo, 48 kq), Fəridə Abıyeva (karate, 61 kq), Rafael Ağayev (karate, 75 kq), bədii gimnastika yığması (Marina Durunda, Jalə Piriyeva, Zöhrə Ağamirova), Afaq Sultanova (paracüdo, 57 kq) və Ramilə Kaştayeva (paracüdo, 70 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Şəfəq Əmrahova (atıcılıq, səngər stendi), İlahə Qasımova (karate, 55 kq), Aişə Qurbanlı (cüdo, 48 kq), Nəzakət Əzizova (cüdo, 52 kq), Kifayət Qasımova (cüdo, 57 kq), Rüstəm Orucov (cüdo, 73 kq), Xanim Hüseynova (cüdo, 63 kq), Sevda Vəliyeva (paracüdo, 57 kq) və Turanə Əliyeva (paracüdo, 70 kq) İslamiadanın ikincisi olublar.

Səbinə Əzimova (ağır atletika, 53 kq), Nuranə Əliyeva (karate, 50 kq) və Firdovsi Fərzəliyev (karate, 60 kq) isə ölkəmizin hesabına bürünc qazandırıb.

Qeyd edək ki, ilk gündə medalların əyarında Azərbaycan turnirdə ölkələr arasında 1-ci pillədə qərarlaşıb.

İkinci yeri Türkiyə tutur. Qardaş ölkənin idmançıları ilk günü 10 qızıl, 7 gümüş və 10 bürünc medalla başa vurublar. Üçüncü olan İndoneziyanın hesabında isə 2 qızıl, 6 gümüş və 5 bürünc medal var.

Digər xəbərlər