İslamiada: 18 aylıq hazırlıq, açılışda 5000 insan

İslamiada: 18 aylıq hazırlıq, açılışda 5000 insan
İslamiada-2017, Digər
12 May 2017 - 19:11
Bu gün 4-cü İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi Bakı Olimpiya Stadionunda keçiriləcək.

Supersport.Az-ın məlumatına görə, yarışın saytına açıqlamasında mərasimlər üzrə direktor və icraçı prodüser Katerin Uqvu eyni vəzifəni Avropa Oyunlarında yerinə yetirib və bildirib ki, bu dəfəki proqram çox fərqli və maraqlı olacaq:

"Biz həqiqətən çox çalışırıq ki, açılış mərasimi maraqlı və fərqli olsun. Biz Avropa Oyunlarında Qərbə, İslam Oyunlarında isə Şərqə istiqamətlənmişik".

Uqvu və incəsənət üzrə direktor M.Vrayt son 18 ay ərzində açılış mərasiminə hazırlaşır. İki saatlıq açılış mərasiminin təşkilinə ən azı 5000 insan cəlb olunub və bunların 2200-ü yerli könüllülərdir. Bu, çox maraqlı və məzmunlu mərsim olacaq" - deyə, K.Uqvu söyləyib.

Uqvu bu cür tədbirlərin təşkili sahəsində 20 ildən artıq təcrübəyə malikdir.

O, 2012-ci ildə Londonda keçirilən Olimpiadada, Kanada, Hindistan, Orta Şərq, Avropada çalışıb və Azərbaycan yeganə yerdir ki, onu ikinci dəfə geri qayıtmağa sövq edib.

"Azərbaycan yeganə ölkədir ki, onlar mənə geri qayıtmağı xahiş etdikdə dərhal müsbət cavab verdim" deyə o, qeyd edib və Vrayt razılaşır ki, Bakı ona ikinci ev kimidir.

"Bakının əhalisi çox mehribandır. Bu yarış Azərbaycan və İslam mədəniyyətinin nümayişi olacaq", deyə Uqvu vurğulayıb.

 

 

Digər xəbərlər