Yunan-Roma güləşi yığmasında yeni baş məşqçi

Yunan-Roma güləşi yığmasında yeni baş məşqçi
Digər, Güləş
01 May 2017 - 21:56
Supersport.Az xəbər verir ki, Yunan-Roma güləşi üzrə yığma komandanın məşqçilər korpusunda dəyişiklik edilib.

Federasiya rəhbərliyinin qərarına əsasən, gənclərdən ibarət yığma komandanın böyük məşqçisi Şaban Donat böyüklərdən ibarət komandaya baş məşqçi təyin edilib.


Yığma komandanın baş məşqçi əvəzi Akif Əliyev böyüklərdən ibarət yığmanın böyük məşqçisi təyin edilib.

Böyüklərdən ibarət yığma komandanın böyük məşqçisi İlqar Abdulov isə gənclərdən ibarət yığmanın böyük məşqçisi kimi fəaliyyət göstərəcək.

Digər xəbərlər