Zinəddin Zidan: "Böyük Ronaldonu gördük"

Zinəddin Zidan: "Böyük Ronaldonu gördük"
Futbol
13 Aprel 2017 - 13:06
Münhendə qələbə qazanmaq asan deyildi. Birinci hissədə çox çətinlik çəkdik. İkinci hissədə rəqibin 10 nəfərlə qalmağı işimizi asanlaşdırdı".

Supersport.Az İspaniya mətbuatına istinadən xəbər verir ki, bu sözləri "Real"ın (Madrid) baş məşqçisi Zinəddin Zidan Çempionlar Liqasının 1/4 finalında "Bayern"ya 2:1 hesabı ilə qalib gəldikləri ilk oyundan sonra deyib.

O, qapılarına təyin olunan penalti epizodunu dəyərləndirib: "Məncə, o  epizod penalti deyildi. Hesab 2:0 olsaydı, bizim üçün pis olardı. İkinci hissədə çox qol imkanımız oldu, amma qarşımızda Noyer kimi qapıçı var idi. O, "divar" kimidir".

Zidan təmkinli oynadıqlarını bildirib:  "Rəqib on nəfərlə qaldıqdan sonra oyuna nəzarəti öz tərəfimizə keçirdik və istədiklərimizi edə bildik".

"Real"ın baş məşqçisi dubla imza atan futbolçusu Ronaldo haqda da danışıb: "Biz böyük Ronaldonu gördük. O, öz qollarından razı qaldı. Ancaq biz neçə qol epizodu buraxdığı üçün məyus oldu".

Digər xəbərlər