Ronaldodan tarixi rekord

Ronaldodan tarixi rekord
Futbol
13 Aprel 2017 - 08:17
"Real"ın futbolçusu Ronaldo növbəti rekorda imza atıb.

Supersport.Az-ın xəbərinə görə, portuqaliyalı hücumçu bunu Çempionlar Liqasının 1/4 finalının "Bayern"lə ilk oyununda gerçəkləşdirib.

Belə ki, 32 yaşlı hücumçu görüşdə dubl edərək avrokuboklardakı qol sayını 100-ə çatdırıb. Bunu isə hələ ki, heç kim bacarmayıb. 98 dəfə ÇL-də fərqlənən Kriştiano 2 dəfə UEFA superkubokunda qol vurub.

Qeyd edək ki, Ronaldo ÇL-də son qolunu ötən ilin sentyabrında Dortmund "Borussiya"sına vurmuşdu.

Digər xəbərlər