Azərbaycan hakimi Avropa Kubokunun finalını idarə etdi

Azərbaycan hakimi Avropa Kubokunun finalını idarə etdi
Digər, Cüdo
12 Aprel 2017 - 23:35
Çex Respublikasının Teplitse şəhərində yeniyetmələr arasında cüdo üzrə Avropa Kuboku turniri keçirilib.

Bu mötəbər yarışda ölkəmizi cüdoçularımızla yanaşı beynəlxalq dərəcəli hakim Mətin Rəhimli də təmsil edib.

Supersport.Az-ın məlumatına görə, bir çox vacib qarşılaşmaları idarə edən ədalət təmsilçimiz, 48 kq çəki dərəcəsində qadınların final görürüşünün əsas hakimi olub.

Qeyd edək ki, 31 ölkədən 678 idmançının (422 oğlan, 256 qız) mübarizə apardığı Avropa kubokunda Azərbaycan milli komandası 28 yeniyetmə cüdoçu (24 oğlan, 4 qız) ilə təmsil olunub.

Digər xəbərlər