Eduard Məmmədov Dünya oyunlarının qalibi oldu

Eduard Məmmədov Dünya oyunlarının qalibi oldu
Kikboks, Digər
10 Aprel 2017 - 11:11
Supersport.Az xəbər verir ki, 22 qat dünya çempionu və 7 qat Avropa çempionu olan "Ağ canavar" ləqəbli Eduard Məmmədov Portuqaliyanın paytaxtı Lissabonda kecirilən kikboksinq WAC versiyasinin qalibi olub.

Eduard qələbədən sonra bunları deyib:

"Əziz dostlarım, güclü məşqlərin, səylərimin nəticəsi öz bəhrəsin verdi. WAC versiya Dunya oyunlarının qalibi oldum. Bu qələbəmi Azərbaycan xalqına həsr edirəm. Bu yarışda mənə dəstək olan hər bir kəsə başda Kikboksinq Federasiyasının prezidenti millət vəkilimiz Adil Əliyevə dərin təşəkkürümü bildirirəm. Bu bütün Azərbaycan xalqının qələbəsidir. Bayrağımızı növbəti dəfə ucaltdığım üçün qürür hissi duyuram.Yaşasın Azərbaycan!!!"

Digər xəbərlər