“Neftçi”dən öz 80 illiyinə biabırçı “hədiyyə” - fiasko!

“Neftçi”dən öz 80 illiyinə biabırçı “hədiyyə” - fiasko!
Futbol
03 Aprel 2017 - 11:55
Azərbaycan futbolunun ən köklü klubu olan “Neftçi” növbəti uğursuzluğa düçar olub. Supersport.Az-ın xəbərinə görə, “ağ-qaralar”ın 2016/17 mövsümünü mükafatsız başa vuracağı qətiləşib. Çempionatın bitməsinə tur 4 qalmışa qədər “Neftçi” 26 xalla 6-cı pillədə qərarlaşıb.

 

“Neftçi” sön dəfə  dörd mövsüm əvvəl (2012/13 mövsümündə) çempion olmaqla mükafat qazanıb. “Ağ-qaralar” 26-cı turda “Sumqayıt”la səfər matçında 0:2 hesabı ilə uduzub. Bununla, xal hesabı 26-da qalan paytaxt klubu üçün “üçlük” əlçatmaz olub. Üçüncü yerdə gedən “İnter”in 42 xal var. Bu isə o deməkdir ki, Elxan Abdullayevin komandası son dörd oyunda bütün matçlarda qalib gəlsə belə, bürünc medalı qazana bilməyəcək.

 

Bundan başqa, “ağ-qaralar”ın bu mövsüm ölkə kubokunu qazanmaq şansı da az qala möcüzə kimi görsənir. Məsələ burasındadır ki, “Neftçi” kubokun ill yarımfinal oyununda öz meydanında “Qarabağ”a 0:2 hesabı ilə uduzub. Finala vəsiqə qazanmaq üçün onlar səfər matçında Ağdam klubuna ən azı 3 top fərqi ilə qalib gəlməlidir. Bu il “Neftçi” özünün 80 illik yubileyini qeyd edir. Yubiley ilində komandanın mükafatsız qalması haqlı olaraq narazılıq doğurur və komandanın çarı mövsümdəki çıxışı fiasko kimi dəyərləndirilir.

Digər xəbərlər