"Əsas odur ki, “Kəpəz” son turlardakı uğurlu çıxışını davam etdirə bilsin"

"Əsas odur ki, “Kəpəz” son turlardakı uğurlu çıxışını davam etdirə bilsin"
Futbol
02 Aprel 2017 - 08:48
Çempionatın XXIV turunun “Qarabağ”a qarşı görüşünü cəza səbəbindən buraxacaq Şəhriyar Rəhimov cari mövsümdə ilk dəfə “Kəpəz”ə kömək edə bilməyəcək.

Supersport.Az-ın xəbərinə görə, buna kimi bütün oyunlarda əsas heyətdə çıxış etmiş müdafiəçi bununla bağlı klubun saytına açıqlama verib:

“Mənim yoxluğum düşünmürəm ki, komandanın oyununa təsir etsin. Matçın taleyini tək başına həll edən futbolçu deyiləm. Yerimdə oynayacaq oyunçu komandaya maksimum şəkildə faydalı olmağa çalışacaq. Əsas odur ki, “Kəpəz” son turlardakı uğurlu çıxışını davam etdirə bilsin. Çempionatda bundan əvvəlki matçlarda forma geyinmişəm. Təbii ki, bütün qarşılaşmalarda oynamaqla fərqlənmək istərdim”.

Digər xəbərlər