Mart ayının 5 ən yaxşı qolu - Video

Mart ayının 5 ən yaxşı qolu - Video
Futbol, Video
01 Aprel 2017 - 17:03
Peşəkar Futbol Liqası  Premyer Liqa ilə yanaşı, I Divizion yarışlarını da daim diqqətdə saxlayır.

 

Supersport.Az xəbər verir ki, qrum 5-ci dəfə I Divizionda ayın ən yaxşı qolunu müəyyənləşdirəcək.

 

I Divizionda vurulan ən yaxşı qolu (5 qol arasından) azarkeşlər, idman jurnalistləri və Peşəkar Futbol Liqası tərəfindən səsvermə yolu ilə seçilir. Ay ərzində vurulan ən yaxşı  5 qolun videosu Peşəkar Futbol Liqasının rəsmi saytında yerləşdirilir. Azarkeşlər PFL.az saytına daxil olub, ən yaxşı qolu müəyyənləşdirmək imkanına malik  olurlar. Azarkeşlər və jurnalistlər ayrı-ayrılıqda səsvermənin 40 faizinə sahibdirlər. Səsvermə zamanı hüquqların 20 faizi Peşəkar Futbol Liqasına məxsusdur. Əgər səsvermə zamanı jurnalistlər bir, azarkeşlər digər futbolçunu 1-ci yerə layiq görərsə, PFL ikisi arasında seçim edib, ən yaxşını müəyyənləşdirir. Əgər hər iki tərəfin seçimi üst-üstə düşərsə, bu zaman PFL səsvermə hüququndan istifadə etmir. Başa çatan mart ayının ən yaxşı qolu artıq saytımızda yerləşdirilib.

 

Qeyd: Saytın sorğunun alt hissəsində yerləşdirilmiş “flash banner”in üzərinə klik edib mart ayında I Divizionda vurulmuş 5 gözəl qolu izləyib, seçiminizi edə bilərsiniz. Sorğu 6 aprelə qədər qüvvədə olacaq.


 

 

 

 

 

 

 

 

 

Digər xəbərlər